Зарегистрироваться
Восстановить пароль
FAQ по входу

Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar

  • Файл формата pdf
  • размером 3,92 МБ
  • Добавлен пользователем
  • Описание отредактировано
Kərimi Məhəmməd Rza. Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar
Bakı: Zərdabi LTD MMC, 2014. — 96 səh.
Fars dilindən tərcümə edən: Rüstəmova Afət.
Şimali Azərbaycan yenidən müstəqilliyinə qovuşandan sonra qonşu və dost İran İslam Respublikası, eləcə də onun tərkib hissəsi olan Cənubi Azərbaycanla keyfiyyətcə yeni münasibətlər yarandı. Bu münasibətlər ictimai, iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin bütün sferalarını əhatə edir və gün-gündən daha da yaxşılaşır.
Bu baxımdan təqdim olunan bu tərcümə əsəri ədalətsizcəsinə ikiyə bölünmüş xalqımızın elmi, mədəni və mənəvi birliyinin bərpası yolunda növbəti addım kimi dəyərləndirilə bilər. Düzdür, Şimali Azərbaycanda elmin müxtəlif sahələrində, eləcə də Azərbaycan mədəniyyəti və ədəbiyyatında qadınların fəaliyyəti və rolu barədə çoxsaylı və həm də sanballı tədqiqat əsərləri yazılmışdır. Bununla belə hörmətli cənublu qardaşımız, böyük alim və tədqiqatçı Məhəmməd Rza Kəriminin “Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar” əsərinin fars dilindən ana dilimizə tərcüməsi şimaldakı geniş oxucu kütləsini, xüsusən də sahə tədqiqatçılarını bu mövzuda İranda aparılan elmi-tədqiqat işlərinin bir nümunəsi ilə tanış etmək məqsədi daşıyır.
Ümid edirik ki, bu təqdimat faydalı olmaqla yanaşı, qarşıya qoyulan məqsədlərə xidmət edəcək və bu sahədəki yeni təşəbbüslərə təkan verəcəkdir.
  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация